Xəzər Xəbər

Bakıda idarədən pulla dolu seyf oğurlanıb

Hadisə | 15:16 • 26 Aprel 2018
Bakıda idarədən pulla dolu seyf oğurlanıb

Bakıda inzibati binadan seyf oğurlanıb. 


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə rayon ərazisindəki inzibati binaların birindən 3 ədəd notbuk və içərisində 2275 manat pul olan seyfin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilib.

13-cü Polis Bölməsi və Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Əli Hüseynov və Vüsal Kərimli saxlanılıblar.

Xəbər lenti