Xəzər Xəbər

Heydər Əliyev prospektində qəza Ölənlər var

Hadisə | 18:05 • 16 Fevral 2018
Heydər Əliyev prospektində qəza

Bakıda dəhşətli qəza baş verib.

XəzərXəbər "Qafqazinfo"ya istinadən xəbər verir ki, Heydər Əliyev prospektində bir neçə maşın qəzaya düşüb. Belə ki, "Lexus" orta yolda hərəkət edən "Opel" markalı avtomobili arxadan vurub. Zərbədən "Opel" orta yoldan çıxaraq köməkçi yola düşüb.

Köməkçi yolda isə "Opel" daha iki maşına dəyib.

Hadisə zamanı "Opel"də olan hər iki sərnişinin öldüyü deyilir.

***

17:49

"Heydər Əliyev prospektində - metronun "Koroğlu" stansiyasından şəhər mərkəzi istiqamətində əsas və kənar yolda tıxac müşahidə edilir".

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

"Buna səbəb prospektin Ağa Nemətulla küçəsi ilə kəsişməsinə yaxın hissəsində yol nəqliyyat hadisəsinin baş verməsidir”, - deyə M.Ağayev bildirib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti