Xəzər Xəbər

Balıqçı qayığının heyət üzvləri itkin düşüblər

Hadisə | 14:31 • 21 Noyabr 2017
Balıqçı qayığının heyət üzvləri itkin düşüblər

Sakit okeanda Yaponiyanın cənubunda yerləşən Okinava prefekturasında qeydiyyatda olan balıqçı qayığının yeddi nəfər heyət üzvü itkin düşüb.


AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, noyabrın 20-də günorta saatlarında "Gyotoku Mara 1” adlı qayıq son dəfə Okinavanın Naha şəhərindən 2200 kilometr cənubda həyəcan siqnalı verib və sonradan onunla əlaqə kəsilib.


Yaponiya Sahil Mühafizəsinin səlahiyyətli nümayəndələrinin verdiyi məlumata görə, noyabrın 21-də səhər saatlarında qayıq Palaudan 410 kilometr cənub-qərbdə çevrilmiş vəziyyətdə aşkar edilib. Hazırda ikisi Yaponiya və beşi İndoneziya vətəndaşı olan heyət üzvlərinin axtarışı davam etdirilir. Axtarış zonasına təyyarə də göndərilib. Axtarışa Balıqçılıq Universitetinin gəmisi və digər balıqçı qayıqları də cəlb edilib.

Xəbər lenti