Xəzər Xəbər

Həftəsonu ölkədə 9 qəza olub 8 ölü, 14 yaralı

Hadisə | 15:04 • 20 Noyabr 2017
Həftəsonu ölkədə 9 qəza olub

İstirahət günlərində respublika ərazisində 9 yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, ötən həftənin şənbə günü respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Bazar günü 19 noyabr tarixində isə 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Xəbər lenti