Xəzər Xəbər

Azərbaycanda AĞLAGƏLMƏZ HADİSƏ: at uşağın cinsiyyət orqanını DİŞLƏDİ

Hadisə | 14:14 • 20 Sentyabr 2017
Azərbaycanda AĞLAGƏLMƏZ HADİSƏ:

Azərbaycanın rayonlarının birində at 13 yaşlı oğlanın cinsiyyət orqanını dişləyib.

Bu barədə uşağın əməliyyat edildiyi Mərkəzi Klinikanın Uşaq Cərrahiyyə Şöbəsinin cərrahı Fuad Hüseynov məlumat verib.

O, təcrübəsində belə halın ilk dəfə yaşandığını bildirib: "Uşaq atla oynayandan bir müddət sonra cinsiyyət orqanında ağrı, şişkinlik, göyərmə və sidiyə gedə bilmədiyi barədə valideynlərinə deyib. Onlar ilk növbədə rayon mərkəzi xəstəxanasına müraciət ediblər. Orada uşağın xayalarının üzərindəki travmaya tikişlə ilkin müdaxilə göstərilib və Bakıya göndəriblər. Paytaxtda ailə bir neçə xəstəxanaya müraciət etsə də, onlar yardım göstərə bilməyib. Bizim klinikaya müraciət edəndə artıq hadisədən 16 saat keçmişdi. Bu xəstəlikdə hər dəqiqə belə son dərəcə önəmlidir. Çünki kavernalar qopduğundan uşağın cinsiyyət orqanına qanla təmin edilə bilmir. Bu da sonda cinsiyyət orqanında çürüməyə belə səbəb ola bilir.

F.Hüseynov əməliyyatdan əvvəl ailəyə risklər barədə bütün məlumatları verdiklərini deyir: "Ailə əməliyyata razılıq verdi. Vaxtında müdaxilə edilmədiyindən, uşağın cinsiyyət orqanında ciddi əyilmə, göyərmə və şişkinlik yaranıb, nekroz başlayıb. Cinsiyyət orqanı qopmuşdu, ereksiyaya səbəb olan kavernalarda da qopma müşahidə edilmişdi və uşağın sidik kanalı ciddi zədələnmişdi. Əməliyyat zamanı sidik kanalını tikdik, toxumalar bərpa etdik, kateter qoyuldu. Bir həftə sonra sarıq açıldı və kateter çıxarıldı, xəstə normal şəkildə sidiyə gedir, ereksiyasında da problem yoxdur, cinsiyyət orqanının xarici görünüşündə də qüsur qalmayıb. Bundan sonra uşağın gələcək həyatında heç bir problem olmayacaq”.

F.Hüseynov təcrübəsində it dişləməsi halı ilə qarşılaşsa da, at qapması ilə ilə dəfə qarşılaşdığını bildirir: "Bu hadisə tibdə bu patologiya penul fraktür adlanır. Bu hallar uşaqlarda çox nadir hallarda baş verir. Adətən, bu patologiyanı böyüklərdə müşahidə edirik. Bundan başqa, penul fraktur, yəni cinsiyyət orqanı qopanda 10 faiz halda sidiyə getmədə problem yaşanır. Bu uşaqda sidiyə getmədə də problem yaranmışdı. Hazırda uşağın vəziyyəti normaldır. O artıq evdədir, vaxtında müayinələrə cəlb edilir. Heç bir problem yoxdur. Ailənin istəyini nəzərə alaraq uşağın yaşadığı rayon, ad, soyad açıqlamırıq”./publika.az

Xəbər lenti