Xəzər Xəbər

Oğuzda 4 otaqlı ev yandı

Hadisə | 09:58 • 19 Sentyabr 2017
Oğuzda 4 otaqlı ev yandı

Oğuzda yanğın qeydə alınıb.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Oğuz rayonu, Xaçmaz kəndində ümumi sahəsi 180 m2 olan birmərtəbəli 4 otaqlı kürsülü evin mətbəxinin tavanı 30 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti