Xəzər Xəbər

Sabunçudakı evlərdən 12 min manatlıq qızıl-zinət oğurlayanlar tutuldu

Hadisə | 15:22 • 18 Sentyabr 2017
Sabunçudakı evlərdən 12 min manatlıq qızıl-zinət oğurlayanlar tutuldu

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən evlərdən birindən dəyəri 12 min manat olan qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Allahverdi Ələkbərzadə və Kamil Qaraxanov tutulublar.


DİN-in mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların Ramana qəsəbəsi və Şuşa şəhərciyində yerləşən daha 3 fərdi yaşayış evindən oğurluq etdikləri məlum olub.


A.Ələkbərzadə və K.Qaraxanov oğurladıqları qızıl-zinət əşyalarını metronun "Gənclik” və "Neftçilər” stansiyalarının yaxınlığında yerləşən qızıl qəbulu məntəqələrinə 4500 manata satıblar.


Qeyd edilən faktla bağlı 12-ci PB-də toplanan material araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb
Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb həbs edilənlər var
15:42 • 16 Aprel 2024
Masazırda evdən külli miqdarda
Masazırda evdən külli miqdarda OĞURLUQ
10:47 • 16 Aprel 2024
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq ÖLDÜRDÜ
16:20 • 14 Aprel 2024
Gəncədə yanğın
Gəncədə yanğın ÖLƏN VAR
13:04 • 13 Aprel 2024
Ağdamda mina partlayışı
Ağdamda mina partlayışı YARALANANLAR VAR
15:27 • 12 Aprel 2024
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq ÖLDÜRÜB
08:41 • 12 Aprel 2024

Xəbər lenti