Xəzər Xəbər

“Alov qüllələri”ndə xüsusi taktiki təlim keçiriləcək

Hadisə | 14:57 • 18 Sentyabr 2017
“Alov qüllələri”ndə xüsusi taktiki təlim keçiriləcək

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri Bakıda, "Alov qüllələri” kompleksində xüsusi taktiki təlim keçirəcək.

FHN-nin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, "İnsanların təxliyəsi və baş vermiş hadisəyə müdaxilənin düzgün təşkili” mövzusunda təlimə nazirliyin 6 ədəd xüsusi texnikası və 40 nəfərlik canlı qüvvəsi cəlb olunacaq.

Təlim sentyabrın 18-də saat 15:00-da başlayacaq.

Xəbər lenti