Bakıda avtobusda uşaq tapıldı: Ailəsi axtarılır - FOTO

24.09.2018 15:50

Bu gün saat 14 radələrində 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda 5-6 yaşlı oğlan uşağı tapılıb.

XəzərXəbər xəbər verir ki, bu barədə "Xaliq Faiqoğlu” MMC məlumat yayıb.

Qeyd olunub ki, azyaşlı avtobusla hara getməli olduğunu, yaşadığı ünvanı bilmədiyini deyib. Şirkət əməkdaşları tərəfindən dərhal DİN 102 qaynar telefon xəttinə və yaxınlıqdakı polis bölməsinə bu barədə məlumat verilib.

Uşağı tanıyanlardan ailə üzvlərinə məlumat vermələrini xahiş ediilir.

© xezerxeber.az

FOTOQALERIYA






199 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR