Bakı
16 C
USD
EUR
1.7003
1.9798
RUB
GBP
0.0287
2.2344
XƏBƏR
ARXİVİ

Bakıda İran vətəndaşını qarət edən futbolçu həbs edildi

21.11.2017 17:11

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Abşeron rayon sakinləri Orxan Atayev, Miqdar Məmmədov və Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Məhkəmənin hökmü ilə ilə M.Məhərrəmov və Orxan Atayevə 8 il cəza verilib.

Ev dustaqlığında olan Miqdar Məmmədov isə 4 il azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən Miqdar Məmmədov 17 yaşlardan ibarət milli futbol komandasının üzvü olub.

İttihama görə, təqsirləndirilən şəxslər kafedə oturub yeyib-içdikdən sonra İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyev gənclərdən onları daha yaxşı əylənə, yeyib-içə biləcəkləri bir məkana aparmalarını istəyiblər və bildiriblər ki, onların hesabını da ödəyəcəklər.

Bakıda məkanlardan birinə gələn şəxslər yeyib-içdikdən sonra hesabın 750 manat edib. İran vətəndaşı hesabı ödəməkdən imtina edib.

Təqsirləndirilən şəxslər İran vətəndaşı Murtəza Azərə və Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pullarını alıblar.

© xezerxeber.az


184 dəfə oxunub

ÇOX OXUNANLAR