Bakıda körpə meyiti aşkarlandı

21.11.2017 16:07

Suraxanı rayonu, 3-cü mədən küçəsində körpə cəsədi aşkarlanıb. Hadisə ötən bazar günü, noyabrın 19-da baş verib. Bu barədə virtualaz.org-a ərazidə yaşayan sakinlər məlumat veriblər.

Sakinlərdən biri səhər pəncərəsindən baxarkən körpə meyiti görüb. Bundan sonra Suraxanı rayonu 31-ci polis bölməsinə və təcili tibbi yardıma məlumat verilib. Körpənin cəsədi müayinə edilib, sakinlərə onun 6 ay 15 günlük olduğu bildirilib. "Dedilər ki, yarımçıq doğulmuş uşaqdır. Hazırda polis tərəfindən araşdırma aparılır”, - sakinlər söyləyib.

Suraxanı rayonu 31-ci polis bölməsindən baş vermiş hadisə barədə məlumat vermək istəməyiblər. Suraxanı rayon prokurorluğundan isə xəbəri təsdiqləyiblər: "Körpə cəsədi tapılıb və hazırda faktla bağlı araşdırma gedir. Uşaq yarımçıq doğulub. Onun kim və ya kimlər tərəfindən atıldığı araşdırılır”.

Uşağın ölü doğulandan sonra küçəyə atıldığı ehtimal edilir.

© xezerxeber.az


601 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR