Bakıda 18 mərtəbəli bina yanır

05.12.2020 17:36

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda 18 mərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

,Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasında elektrik naqilləri yanır.

Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.apa

Nərmin Məcidli

© xezerxeber.az


190 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR