Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bakıda qaynata oğlunu və gəlinini baltalayıb

05.12.2020 15:44

Bakıda qaynata oğluna və gəlininə balta ilə xəsarət yetirib.

 Hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəminində Mehdi İsmayılov oğlu, 1987-ci il təvəllüdlü Rəşad İsmayılova baş nahiyəsindən, gəlini, 1985-ci il təvəllüdlü Cəmilə Babayevaya isə bədən nahiyəsindən balta ilə xəsarət yetirib.

Bundan sonra qaynata özünə də balta ilə xəsarət yetirib.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Baş nahiyəsindən ağır xəsarət alan Rəşad İsmayılovun vəziyyətinin ağır olduğu bildirilir.apa

Nərmin Məcidli

© xezerxeber.az


189 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR