Bakıda hadisə baş verib

05.12.2020 12:48

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə "Xezerxeber.az"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

Nərmin Məcidli

© xezerxeber.az


160 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR