Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Lənkəran sakini qohumunun evindən oğurluq etdi

05.12.2020 11:25

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qohumunun evindən məişət avadanlıqları oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini N.Rəsulova məxsus yaşayış evindən ümumi dəyəri 1 150 manat olan televizor, müşahidə kamerasının yaddaş aparatı, su motoru və anten aparatının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun zərərçəkmişin qohumu, Aşağı Nüvədi kənd sakini M.Dadaşov olduğu müəyyən edilib.

Oğurlanmış əşyalar həmin şəxsdən aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.report

Nərmin Məcidli

© xezerxeber.az


182 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR