Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Saatlıda koronavirus xəstəsi saxlanılıb

04.12.2020 17:01

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Xezerxeber.az-a  verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxan şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən bir nəfər rayon sakini olan T.Hüseynovun karantin qaydalarına zidd davranaraq evini tərk etdiyi və qonşuluqda yaşayan sakinlərin evinin həyətinə daxil olaraq xəstəliyin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib.

Həmin şəxsin qanunazidd hərəkətlərinin qarşısı alınıb və müalicəsinin davam etdirmək üçün yenidən yaşadığı ünvana gətirilib.

Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Sevinc 

© xezerxeber.az


189 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR