Toy edənlərə qarşı DİN hərəkətə keçdi

04.12.2020 11:49

Bakıda karantin qaydalarını pozaraq toy mərasimi keçirilib.

Xezerxeber.az xəbər  verir ki, sosial şəbəkə istifadəçiləri "Siyaqut" şadlıq evində baş tutan toydan "İnstagram"da canlı yayım edildiyini yazıblar.

Canlı yayım açan şəxsə yazılan şərhlərdən bəllidir ki, hər kəs bu məsələnin yanlış olduğunu düşünüb.

"Şəhidimiz var, siz toy edirsiniz, ayıb olsun!" kimi fikirlər səsləndirilib.

Aldığımız məlumata görə, görüntülərlə bağlı Daxili İşlər Nazirliyi (DİN) araşdırmaya başlayıb.


Nərmin Məcidli

© xezerxeber.az


463 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR