Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bakıda COVID-19 xəstəsinə cinayət işi açılıb - Foto

04.12.2020 11:26

Yaşayış yerinin qanunsuz tərk edən aktiv COVİD-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyindən Xezerxeber.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Binə qəsəbəsində yaşayan Bahadur Əsgərovun virusun daha çox yayılmasına şərait yaratdığı müəyyən edilib.
Araşdırma zamanı məlum olub ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib.
Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Bahadur Əsgərov yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bahadur Əsgərov barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Sevinc Yasinqızı 

© xezerxeber.az

FOTOQALERIYA






177 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR