Bakıda bıçaqlanma hadisəsi baş verib

02.12.2020 13:53

Paytaxt sakininə xəsarət yetirən şəxs saxlanılıb.

Bu haqda Daxili İşlər Nazirliyindən Xezerxeber.az-a  məlumat verilib.

Bildirilir ki, noyabrın 13-də Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini A.Əlixanovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə 15-ci Polis Bölməsinə daxil olan məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən A.Şahverdiyev müəyyən edilərək saxlanılıb.

Nərmin Məcidli

© xezerxeber.az


243 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR