Goranboyda güclü yanğın: Ev sahibi öldü, həyat yoldaşı xəstəxanalıq oldu

02.12.2020 08:54

Goranboyun Kürək-Çay qəsəbəsində fərdi yaşayış evində güclü yanğın baş verib.

Yanğın zamanı ev sahibi Altay Verdiyev yanaraq dünyasını dəyişib. A.Verdiyevin meyiti FHN-in əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Ev sahibinin ən ev sahibinin həyat yoldaşı isə yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Ərazidə evlər bitişik olduğundan yanğın yaxınlıqdakı 3-4 evə də keçib. Hazırda yanğın söndürülməsi istiqatə işlə davam edir.

Yanğının qaz sızmasından baş verdiyi bildirilib. (Apa)

Sevinc

© xezerxeber.az

FOTOQALERIYA






232 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR