Ermənilərin Qarabağda döyüşən keçmiş polis rəisi məhv edildi - FOTO

23.10.2020 11:15

Azərbaycan ordusunun işğal altında olan torpaqlarında keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Ermənistan parlamentinin keçmiş deputatıDavid Matevosyanməhv edilib.

"Sputnik Armeniya” xəbər verir ki, bu barədə onun qızıErmine Matevosyanbildirib.

Bildirilib ki, o, 1995-1999-cu illərdə deputat olub. D. Matevosyan 1991-1995-ci illərdə Ermənistanın Meğri rayonunun Daxili İşlər İdarəsinin rəisi işləyib. David Matevosyan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın tərəfdarlarından, birinci Qarabağ müharibəsinin iştikaçı olub. Matevosyan 2008-ci ildə o vaxtkı prezidentliyə namizəd Ter-Petrosyanının seçki qərargahına rəhbərlik edib. Həmin ilin martında prezident seçkisinin nəticələrinə etiraz aksiyasına qatılıb. 3 il müddətinə azadlıqdan məhrum olunub.

David Matevosyan

© xezerxeber.az

FOTOQALERIYA






126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR