Ermənistan ordusunda bu ləvazimatlar tapılmır

01.10.2020 19:03

İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistan ordusunun birləşmələri üçün lazım olan ərzaq və ləmazimatların siyahısı açıqlanıb.

Erməni mediası xəbər verir ki, hazırda əsgərlər konservləşdirilmiş yemək, adi su, alt paltarı kimi qida və və ləvazimatlara ehtiyac duyur.

"Bundan başqa, səhər yeməyinə qatılaşdırılmış süd, qadın və kişilər üçün gigyena vasitələri, alt paltarları da çatışmır”, - məlumatda qeyd edilib.

Ermənistandakı "Voskanapart” könüllüləri bu vasitələrin təcili şəkildə əsgərlərə çatdırılmasının vacibliyini bildiriblər./Axar.az

© xezerxeber.az


210 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR