Erməni səfir: Ermənistan Qarabağdan əhalinin təxliyəsini nəzərdən keçirir

28.09.2020 17:01

Regionda vəziyyət kəskinləşməyə davam edəcəyi təqdirdə, Ermənistan Dağlıq Qarabağdan əhalinin təxliyə olunması üçün humanitar dəhlizlərin təşkil olunması imkanını nəzərdən keçirir.

Trend-in məlumatına görə, bunu Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan "Danışır Moskva" radiostansiyasına müsahibəsində deyib.

O bildirib ki, bu məsələlər nəzərdən keçirilsə də, vəziyyətin bu yerə çatmayacağına ümid edir. Eyni zamanda, səfir humanitar dəhlizin yaradılması məsələsinin zəruri olduğunu deyib.

© xezerxeber.az


189 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR