Bakıda 50 min manatlıq oğurluq edilib

15.08.2020 14:24

Bakıda oğurluğa görə tutulan şəxsin digər cinayətləri də ortaya çıxıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş S.İsmayılovun ətrafında əməliyyat tədbirləri keçirilib.

Onun paytaxtın Yasamal və Binəqədi rayonları ərazilərində 8 evdən ümumilikdə 15 850 manat, 10 000 ABŞ dolları və 15 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

© xezerxeber.az


714 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR