Arvadının parçalanmış cəsədini bir həftəyə yaxın evində saxladı

14.08.2020 18:16

Rusiyanın Moskva şəhər sakini həyat yoldaşını öldürərək, meyitini doğrayıb və torbalara yığıb.

Mk.ru bu barədə Rusiya İstintaq İdarəsinin Moskva Baş Ofisinin açıqlamasına istinadla xəbər yayır.

Bildirilir ki, paytaxt sakinləri qonşudan üfunətli iy gəldiyi barədə polisə xəbər veriblər.

Hadisə yerinə gələn polislər mənzildən içində insan cəsədinin hissələri olan torbalar tapıblar.

Həmin şəxs törətdiyi əməli etiraf edib.

İlkin ehtimala görə, cinayət 7-11 avqustda törədilib. Ər mübahisə zəminində arvadının sinəsinə bıçaqla zərbə endirərək öldürüb.

© xezerxeber.az


347 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR