Sumqayıtda hamilə qadın dənizdə BOĞULDU

08.08.2020 10:05

Sumqayıtda dəniz daha bir can alıb.

XəzərXəbər xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhərin Sahil küçəsində yerləşən çimərliklərdən birinin ərazisində qeydə alınıb.

Boğulmaqda olan qadın sudan çıxarılsa da onu xilas etmək mümkün olmayıb və dünyasını dəyişib. Onun 4 aylıq hamilə olduğu bildirilir.

Mərhumun meyiti müayinə üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


202 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR