Parkda baş verən yanğın söndürüldü

06.08.2020 16:49

Nəsimi rayonu ərazisində Abbasqulu ağa Bakıxanov küçəsində yerləşən parkda baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə nəticəsində təqribən bir hektar ərazidə ağaclıq və quru ot yanıb. Alovun qarşısı Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən alınıb.

© xezerxeber.az


176 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR