Gürcüstandan gələn yük maşınlarında dərman preparatları aşkarlandı

03.08.2020 16:15

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə dərman preparatlarının ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.

Gürcüstan istiqamətindən respublikamıza daxil olan "Mercedes-Benz 1223L" və "Mercedes-Actros 1841 LS" markalı yük avtomobillərinə gömrük baxışı həyata keçirilib. Bu zaman nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən 40 ampul, 568 həb müxtəlif adda dərman preparatları, eləcə də 420 ədəd "Diox" markalı çay aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


152 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR