Hövsanda avtomobil piyadanı vuraraq öldürüb

08.07.2020 13:23

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyulun 8-də saat 2 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Hacıyev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Roman Aslanovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


161 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR