Şəmkirçay su anbarında batan şəxs axtarılır

04.07.2020 17:45

Şəmkirçay su anbarında batan şəxs axtarılır.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Şəmkirçay su anbarında 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

© xezerxeber.az


258 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR