İş icazəsi ilə İsmayıllıya istirahətə gələnlər cərimələndi

04.07.2020 17:39

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq istirahətə gələn şəxslər barəsində qanunauyğun müvafiq tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəxsi nəqliyyat vasitələri ilə İsmayıllı rayonu ərazisinə gələn şəxslər planşetlə yoxlanılıb və bəzilərinin icazəsiz gəldikləri müəyyən olunub. Bəzilərinin isə çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahət məqsədilə rayona gəldiyi aşkarlanıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

Bu istiqamətdə tədbirlər İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qarşıdakı günlərdə də davam etdiriləcək.

© xezerxeber.az


246 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR