Ermənistanda 469 nəfər öldü - Say durmadan artır

03.07.2020 12:36

Ermənistanda son sutka ərzində daha 662 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Ermənistan KIV xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 27 320 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 10 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 469 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 15 484 nəfərdir.

© xezerxeber.az

FOTOQALERIYA






125 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR