Yakutiyada fövqəladə vəziyyət elan edildi

02.07.2020 15:16

Rusiyanın Yakutiya Respublikasında meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Trend-in məlumatına görə, daha təhlükəli meşə yanğınları Abıysk və Nijnekolımsk rayonlarında qeydə alınıb.

Ümumilikdə, respublika ərazisində 1519 hektar ərazidə 30 meşə yanğını davam edir.

Yanğınların qarşısının alınması üçün çoxlu sayda texnika cəlb olunub.

© xezerxeber.az


261 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR