Azərbaycanda DƏHŞƏT: 3 ölü, 1 yaralı

02.07.2020 10:47

Lerikdə maşın dərəyə yuvarlanıb, ölən və yaralananlar var.

XəzərXəbər Apa-ya istinadla xəbər verir ki, qəza rayonun Bürsülüm kəndi ərazisində qeydə alınıb. "UAZ" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib. Bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Hazırda qəzada ölən və yaralananların kimliyi dəqiqləşdirilir.


Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


204 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR