Bakıda avtomobil qaçırılıb, saxlanılan var

04.06.2020 16:38

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən Bakı şəhər sakini R.Şahverdizadəyə məxsus "VAZ-2107” markalı avtomobilin qaçırılması barədə 10-cu polis bölməsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xırdalan şəhəri ərazisində aşkar edilib. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


243 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR