İyunun 1-nə keçən gecə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində mağaza mühafizəçisinin qətlinin təfərrüatı məlum olub.
Bu barədə hüquq mühafizə orqanlarından məlumat verilib.
Məlum olub ki, cinayətkarlar gözətçinin əl-ayaqlarını, ağzını və burnunu yapışqan lentlə bağlayıblar. Bundan əlavə, H.Əhmədovun bədəninə xəsarət yetirilsə də, o, boğulmadan ölüb. Qeyd edilib ki, içində pul olan seyf açarla açılıb.
İlkin ehtimala görə, qətldə və soyğunda əli olan şəxslər seyfdə külli miqdarda pul olduğunu biliblər.
Daha əvvəl xəbər verildiyi kimi, dünən saat 05:45 radələrində Məşədi Adil küçəsində yerləşən "İl” marketdə ticarət mərkəzində mühafizəçi işləyən 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun cəsədi tapılıb.
Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərkən naməlum şəxslərin mağazanın seyfindən 40 498 manat oğurladıqları məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3 (quldurluq; zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Hələlik şübhəlilərin şəxsiyyəti müəyyənləşdirilməsə də, bu istiqamətdə işlər davam etdirilir.
© xezerxeber.azAzərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı
Xəzər dənizinin suyu azalır - Ciddi fəsadlara olacaq - VİDEO
Gəncədə silsilə oğurluq edən keçmiş məhkum saxlanıldı - VİDEO
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB