Bakıda evinə gətirdiyi kişiyə qarşı dəhşətli əməl törətdi - Təfərrüat

01.06.2020 11:27

Bakının Xətai rayonunda quldurluq hadisəsi baş verib.

Rayonun İ.Həbibov küçəsində Rasim Məmmədova qarşı quldurluq edilib.

Belə ki, Ruslan Abdullayevin evinin qarşısında dayanan Bakı şəhər sakini Rasim Məmmədovu aldadaraq evinə dəvət edib.

Ruslan Abdullayev evində Rasim Məmmədovun boğazına bıçağı söykəyərək onu ölümlə hədələyib, daha sonra onun cibindəki 30 manatını alıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ruslan Allahverdiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb./teleqraf

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR