Gəncədəki qətl hadisəsi ilə bağlı - Rəsmi açıqlama

26.05.2020 13:03

Gəncə şəhər Prokurorluğu şəhər ərazisində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

XəzərXəbər xəbər verir ki, məlumatda deyilir:

"Mayın 26-da saat 08 radələrində Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusifovun yaşadığı Gəncə şəhəri, Təbriz küçəsi, 48 saylı ünvanda üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlərlə meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Hazırda cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

11.07.2020 10:24

Neft yenidən bahalaşıb

ÇOX OXUNANLAR