Azərbaycanda kişinin təmirə pulu olmadı, qonşuların evlərini soydu - VİDEO

25.05.2020 18:52

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı martın 21-dən mayın 21-dək olan müddətdə rayonun Masazır kəndi ərazisindəki yaşayış komplekslərindən birində dörd mənzili talan edən Bakı sakini, 33 yaşlı Fərid Tahirov saxlanılıb.

Araşdırma zamanı onun üç evdən qiymətli inşaat materialları və digər mənzildən isə 55 000 manat dəyərində məişət əşyaları oğurladığı məlum olub.

 

Fərid Tahirov ilkin ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. O, Masazırda yenicə mənzil aldığını, təmirə pulu olmadığı üçün qonşuluqda içi məişət əşyaları ilə dolu olan dördevi soymaq qərarına gəldiyini bildirib.

Əvvəllər biznes fəaliyyəti ilə məşğul olan şəxs tutduğu əməldən peşman olduğunu deyib.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






232 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR