Bakıda motosiklet divara çırpılıb, ölən var

25.05.2020 12:31

Bakıda motosiklet divara çırpılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, mayın 23-də saat 18 radələrində Nərimanov rayonu M.K.Atatürk prospektində yerləşən tuneldə Şərur rayon sakini Ülvi Məmmədov idarə etdiyi "Zongshen” markalı motosikleti divara vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş motosikletçi orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR