Axtarışda olan şəxs tutulub

21.05.2020 18:06

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan S.Pənahov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, aparılmış əməliyyat tədbirləri ilə onun mağazadan, gözəllik salonundan və şirniyyat sexindən pul oğurlaması da müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© xezerxeber.az


158 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR