Bakıda məcburi köçkünlərin məskunlaşdıqları yataqxana binasında yanğın baş verib

29.03.2020 16:07

Bakı şəhərinin Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdıqları dördmərtəbəli yataqxana binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə nəticəsində binanın birinci mərtəbəsində, ümumi sahəsi 40 kvadratmetr olan ikiotaqlı mənzildə ev əşyalarının bir hissəsi yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR