Azərbaycanda 4 yaşlı uşaq faciəvi şəkildə öldü

24.03.2020 15:32

Ucar rayonunda bədbəxt hadisə baş verib.

Hadisə Təzə Şilyan kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil qəfildən alışıb. Bu zaman avtomobildə olan 2016-cı il təvəllüdlü İsmət Hikmət oğlu Kərimov yanaraq dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (report)

© xezerxeber.az


160 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR