Bakıda qaz xəttinə qanunsuz qoşulma faktları müəyyən edildi - FOTO

24.03.2020 14:26

Bakıda qaz xəttinə dəfələrlə qanunsuz qoşulma faktlarına görə, təhlükəli vəziyyət yaranıb.

Bu, Xətai rayonu, Əhmədli qəsəbəsi, 1-ci Əhmədli küçəsində, 64 saylı orta məktəbin yaxınlığında yaşayan vətəndaşlardan biri tərəfindən aşkar edilib.

Sözügedənünvanda yaşayan vətəndaş (adı açıqlanmır - red.) qonşusunun qanunsuz əməlləri barədə "Azəriqaz” İstehsalat Birliyinin (İB) 104/185 saylı operativ Çağrı Mərkəzinə məlumat verib. O, qonşusunun qaz xəttinə qanunsuz birləşmə etdiyini və qaz təsərrüfatı işçiləri tərəfindən həmin qoşulmanın dəfələrlə kəsildiyini bildirib. Lakin bu hal yenidən təkrarlanıb.

Çağrı Mərkəzinə daxil olan fotolardan da görünür ki, vətəndaş qarşısına çıxa biləcək real təhlükədən çəkinmir və bunun nəticələrinin ağır olacağının fərqində deyil,kustar üsulla qaz xəttinə qanunsuzbirləşmə edir.

"Azəriqaz” İBbir daha xəbərdarlıq edirki,vətəndaşlar bu cür hərəkətlərdən çəkinməlidirlər. Belə vəziyyətlərdə cüzi qaz sızması ciddi təhlükə yarada bilər. Qazdan yalnız "Azəriqaz” İB ilə bağlanılan müqavilə əsasında abonent statusu aldıqdan, fərdi yaşayış evi və ya mənzildə sayğac quraşdırıldıqdan sonra istifadə etmək lazımdır.

Çağrı Mərkəzinə daxil olan müraciət əsasında "Azəriqaz” İB tərəfindən sözügedən faktla bağlı araşdırma aparılıb. Fakt üzrə qurum tərəfindən dərhal tədbirlər görülməklə, növbəti dəfə qanunsuz qoşulmaləğv edilib.

Daha bir fakt isə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Gecə reydləri zamanı məlum olub ki, qəsəbə sakini qaz xəttinin altına dirək yaradırmış kimi daşlar düzüb. Əslində isə o, həmin daşların içərisini yonaraq, nazik rezin boru ilə qazoğurlayıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin dəstəyi ilə"Azəriqaz” İBtərəfindən qanunsuz qoşulmalara dair birgə reydlər keçirilir. Bu cür qanunsuz hərəkətlərə yol verənlər barədə ciddi tədbirlərgörüləcək.

© xezerxeber.az


259 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR