Bakıda 20 cinayətin üstü açıldı

24.03.2020 10:51

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də20 cinayətin üstü açılıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, quldurluq üzrə bir, narkotiklərin qanunsuz dövriyyəsinə görə səkkiz, baş vermiş oğurluq hadisələri ilə əlaqədarəməliyyat-axtarış tədbirləri nəticəsində daha ikifaktın açılmasıtəmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə bir nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan dördnəfər isə tapılaraq ailələrinə təhvil verilib.

© xezerxeber.az


88 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR