Bakıda su xətti partladı, yol çökdü

23.03.2020 12:17

Bakının Səbail rayonu ərazisindən keçən su xətti partlayıb.

Hadisə nəticəsində yol çöküb.

Məsələ ilə bağlı "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılı açıqlamasında bildirib ki, ərazidən keçən su xəttində problem olub:

"Hadisə Səbail rayonunda - Elçin Əzizov küçəsində qeydə alınıb. "Jurnalistlər binası”nın yaxınlığındakı ərazidə su xəttində sızma baş verib. Nəticədə, yolun kiçik hissəsində çökmə müşahidə edilib.

Hazırda "Azərsu”nun ərazi üzrə briqadası əraziyə cəlb olunub. Qəzanın aradan qaldırılması istəqamətində zəruri tədbirlər görülür. Təxminən birsaat ərzində Elçin Əzizov küçəsinin içməli su ilə təminatı bərpa ediləcək”./oxu.az

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR