Sabunçuda dəhşətli qəza: Bir nəfər öldü

22.03.2020 10:30

Bakının Sabunçu rayonunda "Opel” və "Hyundai” markalı iki minik avtomobili toqquşub.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Xilasetmə qüvvələri "Hyundai” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan bir nəfəri "Opel” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR