Abşeronda zəncirvari qəza baş verdi

22.03.2020 09:35

Abşeronda zəncirvari qəza baş verib.

Hadisə Bakı Mühəndislik Universitetinin yaxınlığında qeydə alınıb.

Üç avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Əliyev Heydər Mətləb oğlu xəsarət alıb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı H.Əliyevə döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


90 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR