Azərbaycanda 33 yaşlı qadın psixotrop dərmanlardan zəhərləndi

21.03.2020 13:13

Gəncədə qadın dərmandan zəhərlənib.

APA-nınməlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Sadıqova Məlahət Nürəddin qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirib.

Dərhal qadına zəruri tibbi yardım göstərilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın həyat yoldaşının psixotrop dərmanlarını içib.

Onun bu addımı hansı səbəbdən atması məlum deyil. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


93 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR