Azərbaycanda dəhşət: Ruhi xəstə atasını amansızlıqla qətlə yetirdi

20.03.2020 17:00

Bərdə rayonunda oğulun atasını bıçaqlamasının təfərrüatıməlum olub.

Qətl hadisəsi dünən axşam rayonun Mirzəxan kəndində baş verib.

Kənd sakinləri, 1969-cu il təvəllüdlü Mustafayev Namiq Əkbər oğlu atası, 1936-cı il təvəllüdlü Mustafayev Əkbər Kərim oğlu ilə mübahisə edib.

Onların mübahisələri davaya çevrilib.Nəticədə, ruhi xəstə olan N.Mustafayev Ə.Mustafayevin ürəyinə mətbəxbıçağını sancıb.

Ə.Mustafayev xəstəxanaya aparılsa da, həkimlər onun öldüyü bildiriblər.

Hadisəni törədən şəxs saxlanılıb. Onun barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

***

Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun Mirzəxan kəndində qeydə alınıb.

Kənd sakini hələlik şəxsiyyəti məlum olmayan oğul atasını bir bıçaq zərbəsi ilə qətlə yetirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR